“Son 30 ildə su ehtiyatımız 15-20 faizə qədər azalıb“ - SƏDR MÜAVİNİ DANIŞDI
“Son günlər mətbuatda ən çox müzakirə olunan mövzu su məsələsidir. Keçirilən brifinqin də mahiyyəti məhz bununla bağlıdır”. SİA xəbər verir ki, bu sözləri brifinqdə çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dünyanın su stresi yaşayan ölkələrindəndir: “Ölkəmiz adambaşına düşən su miqdarına görə yüzlükdə 90-cı yerlərdədir. Məhdud su ehtiyyatlarının olması ölkədə dövlət su komissiyasının yaradılmasını zəruri etdi, hansı ki, bunun nəticəsi olaraq, cənab Prezident tərəfindən dövlət komissiyası yaradıldı.
Son 30 ildə su ehtiyatımız 15-20 faizə qədər azalıb. Bu bizi məcbur edir ki, səmərəli istifadə etməklə suya əlçatanlığı təmin edək. Bu istiqamətdə işlərimizi məsuliyyətli su istehlakçısı formasında davam etdiririk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB