Bakıda zəlzələ qırılma ocaqları yoxdur. SİA-nın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, qırılma ocaqları daha çox Xəzər dənizinə düşür.
“2021-ci ildə Azərbaycan və ona bitişik ərazilərdə 7000-dən çox, keçən il ərzində isə 3000-ə yaxın yeraltı təkanlar qeyd alınıb. Bu il başlayandan martın 7-nə kimi olan müddətdə zəlzələ ilə bağlı cənub zonası daha aktiv olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB