Qida məhsullarının laborator müayinəsi üçün xidmət haqqı müəyyənləşib
Nazirlər Kabineti “Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği”ni təsdiq edib.
SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əəsdov qərar imzalayıb.
Müəyyən olunur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş xidmət haqqının məbləği “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.13-cü, 25.6-cı, 26.4-cü və 31.4-cü maddələrində qeyd edilən məqsədlərlə götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda tətbiq edilir.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB