RSXM-nin baş direktoru ev tikilməsinin təhlükəsindən danışıb

RSXM-nin baş direktoru ev tikilməsinin təhlükəsindən danışıb

"Palçıq vulkanları ətrafında zəlzələləri müəyyən etmək üçün 12 stansiya qurulub". SİA xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.

Ötən il Lökbatanda qeydə alınmış palçıq vulkanından danışan baş direktor xatırladıb ki, həmin təbiət hadisəsi, təxminən, 10 saat əvvəldən aktivləşməyə başlayıbmış: "Belə ərazilərin yaxınlığında yaşayış məntəqələri çox tikilir. Bununla bağlı hər dəfə xəbərdarlıq etmişik. Bir gün palçıq vulkanı elə güclü partlaya bilər ki, həmin yaşayış məntəqələri bütövlükdə palçıq altında qala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə