Bu gün Yeni Azərbaycan Partiyasının fəal üzvü, bələdiyyə, eləcə də QHT İctimai Birliyi Regional Sosial Təşəbbüslərə Dəstək İdarə heyətinin üzvü Samirə Qasımovanın doğum günüdür. SİA xəbər verir ki, 2018-ci ildən fərdi hüquqşünas, 2023-cü ildən "Magen David" Groupun Hüquq Müdafiəçisi kimi işə başlayan Samirə Qasımova dövlətçiliyinə bağlı olmaqla bərabər dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və cəmiyyətin bütün sahələrinin inkişaf etdirilməsində daima misilsiz xidmətlər göstərib. Bu vətənpərvər, gözəl insanı doğum günü münasibətilə rəfiqələri, yaxınları, qohumları səmimi qəlbdən təbrik edir, ona can sağlığı və xoşbəxtlik arzu edirlər!
SƏS Media Qrupunun rəhbərliyi başda olmaqla kollektivin üzvləri də Samirə Qasımovanı ad günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, nikbinlik və bütün planlarının müvəffəqiyyətlə həyata keçirməsini arzu edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB