Azərbaycanda yaxın günlərdə zəlzələ olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Azərbaycanda yaxın günlərdə zəlzələ olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Dünən yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb. Bəs, bu Azərbaycanda zəlzələ ocaqlarının aktivləşməsi deməkdir? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

Onun sözlərinə görə, seysmoaktiv bölgələr üçün vaxtaşırı hiss olunan, olunmayan zəlzələlərin olması mümkündür: "Yəni burada xüsusi narahatlıq üçün səbəb yoxdur".

Vüsalə Rafiqqızı sözlərinə belə davam edib: "Ümumilikdə isə onsuz da hər gün maqnitudası bir bəzən ondan da aşağı xırda zəlzələlər olur. Hansı ki onlar heç yer səthinə gəlib çatmırlar. Kiçik zəlzələlərin baş verməsi o baxımdan yaxşıdır ki, enerji boşalır ərazidə aktivlik artmır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə