Daşkəsən polisindən nümunəvi addım - FOTO

Daşkəsən polisindən nümunəvi addım - FOTO

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət edib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik ediblər. Polis əməkdaşları gətirdikləri hədiyyələri onlara təqdim edib, qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə