Houston Universitetində Ermənistan-Azərbaycan münasibətləri barədə suallar cavablandırılıb - FOTOLAR

Houston Universitetində Ermənistan-Azərbaycan münasibətləri barədə suallar cavablandırılıb - FOTOLAR

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 41-ci “CERAWeek” Enerji Konfransinda iştirak etmək məqsədilə ABŞ-ın Texas ştatına etdiyi səfər çərçivəsində Hyuston Universitetində “Regional təhlükəsizlik problemləri: Əməkdaşlıq perspektivləri və iqtisadi potensial” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin ABŞ-dəki səfirliyindən SİA-ya bildiriblər ki, Universitetin professor və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın yerləşdiyi region, onun regional və qlobal sülhün təmin olunmasına verdiyi töhfələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və hazırki vəziyyət, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhali ilə münasibətlərin qurulması və onların reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, Azərbaycanın qonşuları ilə münasibətlərinin vəziyyəti ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə