Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası Yel çərşənbəsi günündə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabitlərinin iştirakı ilə keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə təbiətimizə töhfə vermək üçün Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd müxtəlif növ ağac tingi əkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB