"ADA Universiteti nəinki Qafqazda‚ hətta bütün dünyada ən nümunəvi təhsil ocağıdır" - İsrail Təhlükəsizlik Akademiyası
Bu gün Azərbaycan Respublikası ADA Universitetinin yadıldığı gündür. Belə ki‚ 17 il öncə 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Həmin zaman bu mühüm strateji ali təhsil ocağına rəhbər‚ Azərbaycanın görkəmli Diplomatı‚ Azərbaycan Diplomatiya sahəsinin qurucularından‚ Azərbaycanın ABŞ və Qərb ölkələri üzrə uzun illər Fövqəladə və Səlahiyyətli Səfiri olmuş‚ Azərbaycan Respublikasının o zamankı Xarici İşlər Nazirinin müavini‚ görkəmli alim Hafiz Mir Cəlal oğlu Paşayev təyin edilmişdir.
Hafiz Paşayevin rəhbərliyi altında geniş təşəkkül tapan və daha da inkişaf edən Azərbaycan Respublikası XİN-in Diplomatiya Akademiyasının və Azərbaycan İnformasiya Texnologiyaları Universitetinin əsasında daha da geniş fəaliyyət spektirinə malik ADA Universiteti yaradılmışdır. Adı çəkilən qurumların texniki bazasında 13 yanvar 2014-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ADA Universiteti yaradılmışdır. ADA Universiteti nəinki‚ Azərbaycanda‚ hətta bütün Qafqazda ən mühüm strateji təhsil ocağıdır və ADA Universitetinin təhsil səviyyəsi dünyanın ən aparıcı təhsil ocaqları ilə müqayisə olunacaq səviyyədədir. ADA Universitenin fəaliyyət məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər və ciddi elmi savada malik mütəxəssislər hazırlamaqdır.
Varlığı elan olunduqdan bu günümüzə qədər olan statistik göstəricilərə əsasən qətiyyətlə demək olar ki‚ ADA Universitetinin peşəkar və işgüzar rəhbərliyinin əzmkar fəaliyyəti nəticəsində məhz qeyd edilən sahələr üzrə dünya səviyyəsində nümunə göstəriləcək səviyyəyə yüksəlmiş və bu gün də ADA Universiteti öz fəaliyyət sahəsi üzrə yüksələn xəttlə inkişaf yolundadır. ADA-nın bütün Diplom və Sertifikatları dünya səviyyəsində önəmə malikdir. Bu təhsil ocağını bitirən hər bir tələbə öz layiqli yerini tutmaqdadır. ADA Universitetinin məzunu olmuş çox sayda gənc bu gün dünyanın bir çox ölkələrində aparıcı şirkətlərdə‚ aparıcı təşkilat və rəsmi dövlət orqanlarında işləməkdə və öz karyerasını irəli aparmaqdadır.
Bütün bunlar isə ADA Universitetinin keyfiyyətli və üstün təhsil verməsinə malik olması və ADA rəhbəri hörmətli Hafiz Paşayevin yüksək nüfuzunun nəticəsidir. Və təsadüfi deyil ki‚ ADA Universiteti bu gün Qafqazın ən yüksək reytinqə və ən yüksək təhsil keyfiyyətinə malik Universitetidir və və ADA-nın reytinqi dünyanın aparıcı Universitet və Akademiyaları ilə bir ölçülür. ADA Universitetinin rəhbərliyinin tələbələrə və təhsil alan hər kəsə göstərdiyi yüksək qayğı və diqqət‚ həmçinin tədrisin keçirilməsinə yüksək peşəkar və təcrübəli şəxslərin cəlb edilməsi ADA Universitetinin ən sevilən və yüksək reytinqə sahib olan təhsil ocağı olmasına səbəb olmuşdur. Bu səbəbdən və bu qeyd edilən faktorlara əsasən ADA Universiteti bütün Qafqazda bir nömrəli təhsil müəssisəsi adını qazanmışdır. ADA Universitetindəki təhsilin keyfiyyəti və statistik göstəricilər də bunu deməyə əsas verir.
Bu gün ADA Universiteti Azərbaycanın Diplomatiya sahəsində layiqli Diplomatların yetişdirilməsində əsas baza rolunu oynayır. ADA Universitetinin rektoru hörmətli Hafiz Paşayevin də Diplomatiya sahəsindəki elmi xidmətləri ölçüyə gəlməz dərəcədə böyükdür.
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq ADA Universitetinin rəhbərliyinə‚ bütün müəllim heyyətinə və eləcədə tələbə və məzun heyyətinə Azərbaycan Respublikasına xidmətdə uğurlar arzu edirik.
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB