SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev xanımları təbrik etdi - FOTOLAR

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev xanımları təbrik etdi - FOTOLAR

Bu gün "Səs" qəzetinin redaksiyasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə görüş keçirilib. SİA xəbər verir ki, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev bayram münasibətilə xanımları səmimi qəlbdən təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından söhbət açıb.

Media Qrupunun rəhbəri xanımlara ölkəmizin ictimai - siyasi həyatında hər zaman belə fəal olmalarını tövsiyyə edib.

Çıxış edən xanımlar da öz növbələrində belə bir görüşü təşkil etdiyinə, onlara göstərilən diqqət və qayğıya görə SƏS Media Qrupunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda "Səs" qəzetinin xanımlarına dəyərli hədiyyələr təqdim edilib və bayram tortu kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə