"Qidaların satışı xüsusiləşdirilmiş dükanlarda həyata keçirilməlidir" - QURUM RƏSMİSİ AÇIQLADI
"10 ildən çoxdur ki, ölkədə kiçik yaşlı körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Həmin qanunun tələbinə görə, körpə qidalarının satışı tənzimlənir və birmənalı şəkildə körpə qida distribütörlərinin pediatrlarla əlaqəsinin məhdudlaşdırılması qarşıya mühüm məsələ kimi qoyulub. Eləcə də körpə qidalarının reklamında mütləq ana südü ilə əvəz edilməlidir ifadəsi qeyd olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyi illər boyu məsələni tədqiq edib və ana südü ilə əmizdirməyə dair beynəlxalq təşkilatın üzvü olaraq da məsələyə öz töhfəsini verir: "Təəssüflə qeyd edirəm ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi mərkəzi Avropa ölkələrindən də geri qalır. Bu göstərici 44 faizdən yuxarı deyil.
Körpə qida distribütörlərinin doğum evləri və pediatrlar ilə sıx əlaqələri mövcuddur. Doğum evlərində adətən xüsusi otaqlar bəzədilir və bunu qida distribütörləri həyata keçirir. Eyni zamanda süni qidaların qiymətlərinin yüksək olması da bir daha onu göstərir ki, süni qidanın qiymətinin üzərinə pediatrlara verilən pullar da əlavə olunur. Buna görə də Azad istehlakçılar Birliyi mümkün qədər süni qidanın əlçatanlığının azalmasını istəyir və necə gəldi satılmasının tərəfdarı deyil. Bu qidaların satışının xüsusiləşdirilmiş dükanlarda həyata keçirilməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB