Tütünlə bağlı qanun layihəsi hazırlanır

Tütünlə bağlı qanun layihəsi hazırlanır

“Tütün məmulatlarından istfadənin məhdudlaşdırılması” haqqında model qanun layihəsinin hazırlanmasını nəzərdə tuturuq.

SİA-nın məlumatına görə, bunu TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması aktual məsələlərdən biridir: “Ona görə təklif edirik ki, bu istiqamətdə qanun layihəsi hazırlayaq”.

Komissiya üzvləri qanun layihəsinin hazırlanmasına müsbət rəy bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə