"Azərbaycan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər görür". SİA xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkzinci iclasında deyib.
Onun sözlərinə görə, ermənilər 30 illik işğal dövründə Azərbaycan ərazilərini ekoloji genosidə məruz qoyub və bu da biomüxtəlifliyə ciddi ziyan vurub: "Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB