“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin tikintisi planı” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfir Vada Cüniçi və “Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin tikintisi planı” layihəsinin benefisiar təşkilat qismində çıxış edən “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi arasında qrant müqaviləsi imzalanıb.
Layihənin əsas məqsədi Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin (su toplama nöqtəsi (1 ədəd), su anbarı (1 ədəd), su borusu (6148 metr), 3 paylayıcı, 4 bulaq (tap-stand) ilə təmin olunmuş su sisteminin inşasıdır. Layihənin inşası, avadanlıqların alınması, texniki dəstək üçün Yaponiya hökuməti tərəfindən 85 min 821 dollar məbləğində qrant ayrılıb.a
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB