Ölkəmizin digər regionlarında yaşayan və sosial qayğıya ehtiyacı olan şəxslər “Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda müayinə və müalicə olunurlar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hər il təşkil olunan humanitar aksiyadan bu dəfə sağlamlıq imkanları məhdud şəxslər və şəhid ailəsi üzvləri yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslər Diaqnostika-Müalicə Mərkəzində olub, müvafiq müalicə prosedurlarından keçiblər.
Yüksəkixtisaslı həkimlər tərəfindən müayinələrdən keçən şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB