“Ətrafımızda baş verən hadisələr və problemlər bizim yaşamımızın təminatıdır. Biz bu dünyada yaşayırıqsa, problemlər, müəyyən xoşagəlməz hadisələr də olacaq. Lakin şüurlu şəkildə anlamalıyıq ki, yaxşı və ya pis olmasından asılı olmayaraq qarşılaşdığımız hər bir hal bizim üçündür. Biz öz təfəkkürümüzdən istifadə edərək düşdüyümüz mühiti təhlil edə bilirik, üzləşdiyimiz bir çox hadisələrə yaşımıza uyğun şəkildə məna yükləyirik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, bəzən isə həyatımızda elə ekstremal hallar yaşanır ki, biz məsələyə düzgün mövqedən yanaşa bilmirik: “Belə hallara adekvat reaksiya verməyimiz üçün təcrübəmiz bizi əhatə edən insanlardan çox şey asılıdır. Buna görə də hadisələri sağlam qavramaq üçün ilk növbədə dünyagörüşü və həyata baxış bucağı mühüm önəm daşıyır.
Hər kəsin özünəməxsus xarakteri olduğu üçün üzləşilən hadisələrə qarşı da hər kəs fərqli formada reaksiya verir. Bu baxımdan da bəzən eyni məsələyə dair bir çox mövqelər ortaya qoyulur.
Birmənalı olaraq anlamaq laızmdır ki, üzləşdiyimiz bütün problemlər bizi inkişafa aparır. Buna görə də insan yaşadığı hər bir hadisədən müəyyən bir dərs çıxarmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB