“Hüquq və İnsan Haqları İnstitutu” işə qəbul üçün müsabiqə elan edir
“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən işə qəbul üçün müsabiqə elan edir. SİA-ya verilən məlumata görə, şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi-tədqiqat və araşdırmalar aparır, elmi-praktiki tövsiyələr hazırlayır;
- qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak edir;
- normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak edir;
- hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərir;
- hüquq təhsilinin inkişafına töhfə verir;
- İnstitutun təlim şöbəsinin apardığı təlim-tədris işlərinə dəstək verir;
- beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərar və hesabatlarını təhlil edir və ümumiləşdirir.
Vəzifə: şöbə müdiri
Vəzifə öhdəlikləri:
- şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
-şöbənin işçiləri arasında iş bölgüsü aparmaq və onların fəaliyyətini əlaqələndirmək;
-şöbənin işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasına nəzarət etmək;
-şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək üçün hazırlanmış iş planlarını və digər sənədləri imzalamaq;
-şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
-şöbənin fəaliyyətinə dair aylıq və illik hesabatların hazırlanmasını və İnstituta təqdim edilməsini təmin etmək;
- elmi-tədqiqat və araşdırmalar aparmaq.
Namizədə olan tələblər:
– hüquq üzrə elmi dərəcəsi olmaqla, ixtisası üzrə 5 ildən az olmayan əmək stajı;
– hüquq və insan haqları sahəsində məqalələr və hesabatlar yazılmasında təcrübə;
– idarəçilik bacarıqları;
– Dil bilikləri: Azərbaycan dili; ingilis dili B2 səviyyəsində tələb olunur; rus dilini bilmək arzuolunandır;
– Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə - yaxşı səviyyə, İnternetdən istifadə - yaxşı səviyyə;
– məsuliyyətlilik, düzgünlük və etibarlılıq kimi müsbət xüsusiyyətlərə malik olmaq;
– yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 12 mart 2023-cü il saat 14:00-dək [email protected] email-nə göndərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB