“Ananın psixoloji durumu birbaşa bütün ailəyə təsir edir” - PSİXOLOQ DANIŞDI

“Ananın psixoloji durumu birbaşa bütün ailəyə təsir edir” - PSİXOLOQ DANIŞDI

“Valideyn olmaq çox böyük bir məsuliyyətdir. Eyni zamanda valideyn olmaq həm fiziki, həm də psixoloji gərginlik deməkdir. Təbii olaraq ən böyük yük anaların üzərinə düşür. Lakin unutmamamlıyıq ki, oxşar fiziki və psixoloji stresi atalar da yaşayır. Çünki ananın psixoloji durumu birbaşa bütün ailəyə təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, anlamaq lazımdır ki, uşaq doğulduqdan sonra hər şey rahat və şirin olmur: “Təbii ki, ailəyə yeni bir üzvün qatılması və ailənin böyüməsi çox gözəl bir şeydir. Lakin unutmaq olmaz ki, cütlük olaraq hər iki tərəfin qarşısına böyük bir məsuliyyət gəlmiş olur. Məsuliyyət isə uşağın sağlamlığı, psixoloji durumu, valideynin həyat rejiminin dəyişməsi və s. kimi hallarla səciyyələnir. Ümumiyyətlə ilk zamanlar psixa üçün çox önəmli dövrdür.

Cütlüklərin bu prosesə özlərini psixoloji olaraq hazırlaya bilməsi ilk növbədə reallıqları qəbul etməklə başlayır. Yaşanacaq xoş anlarla bərabər, bütün çətinlikləri də bilmək, gözə almaq lazımdır. İstənilən halda bir ailədə uşağın dünyaya gəlməsi hər iki tərəf üçün çox ciddi bir mərhələdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə