Bayramda hansı qidalardan istifadə etməliyik? -MÜTƏXƏSSİS DANIŞDI

Bayramda hansı qidalardan istifadə etməliyik? -MÜTƏXƏSSİS DANIŞDI

“Orqanizmin sağlamlığını qorumaq üçün bayram günlərində də gündəlik vərdiş etdiyimiz qida miqdarı qədər qidalanmalıyıq. Çünki orqanizm həddindən artıq çox yükləndikdə bu hətta bir gün belə olsa öz mənfi təsirini göstərir. Bayramda insanlar daha çox şəkərli qidalar, un məmulatları qəbul edirlər ki, bu daha çox zərərlidir. Çünki həmin qidalar yüksək şəkərli, karbohidratlı olduğundan qanda şəkərin yüksəlməsinə və artıq şəkərin qaraciyərdə yağlar şəklində toplanmasına gətirib çıxarır. Bu isə şəkər xəstəliyi, piylənmə, qaraciyərin yağlanması və daxili orqanların fuksiyasının posulması ilə nəticələnir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, orqanzimdə orqanlar bir-biri ilə bağlı olduğu üçün onların hər biri zərər görməyə başlayır: “Xüsusilə də bayram günlərində fərqli çeşidlərdə qəbul olunan, bir neçə cür heyvan ətindən istifadə olunan yeməklər, fərqli qızartmalar qəbul etdikdə həzm sistemi pozulur və maddələr mübadiləsinin sürəti aşağı düşür. Bunu isə zamanla bərpa etmək çox çətin olur. Yaxşı olar ki, bayramda menyu tərtib edilsin, ana yeməkdə yalnız bir çeşid və yalnız bir heyvan ətindən istifadə olunmalıdır ki, həzm sistemi yüklənməsin. Salatların hazırlanmasında isə əsas diqqət edəcəyimiz məqam onların bir növ olması və mayonezli salatlar hazırlandığı təqdirdə də mayonezdən çox az istifadə olunmasına və həmin salatı bir dəfəlik istifadə üçün nəzərdə tutulmasına diqqət etməkdir. Ümumilikdə çalışmaq lazımdır ki, günlük qidalanma rejimimizə bayram günlərində də əməl edək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə