8 Mart gününün özəlliyi BƏLLİ OLDU -KULTUROLOQ DANIŞDI

8 Mart gününün özəlliyi BƏLLİ OLDU -KULTUROLOQ DANIŞDI

“Beynəlxalq günlər və bayramlar sözsüz ki, beynəlxalq etiket qaydalarına uyğun olaraq keçirilməlidir. 8 Mart Beynəlxalq Qadınlar gününə münasibət birmənalı deyil. Bildiyimiz kimi, bu daha çox solçuların qeyd etdiyi beynəlxalq xanımlar günüdür. Amma Azərbaycan, keçmiş MDB ölkələrində xanımlar günü ilə yanaşı, bu daha çox analar günü kimi də qeyd olunur. İstənilən halda bir neçə ölkədə qeyd olunan gün və bayramlar beynəlxalq status daşıyır. Həmin statusa uyğun olaraq da 8 Mart bayramında bəylərimiz xanımlara etiket qaydalarına uyğun şəkildə həm təbrik mesajlarını, həm də hədiyyələrini təqdim edə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 8 Mart ilə bağlı çox maraqlı ənənələr var: “Orta və ali məktəblər, iş yoldaşları arasında hədiyyələşmə olur. Bu hədiyyələr əvvəllər gül, kitablar olurdu. Son zamanlarda isə nişanlılar arasında zinyət əşyalarının hədiyyə olunması da müşahidə olunur. Sözsüz ki, hər kəsin bahalı hədiyyələr almağa imkanı yoxdur. Bu baxımdan da gənclər son dövrlərdə daha kreativ və özünəməxsus hədiyyələr təşkil edirlər. Bu daha çox sosial media vasitəsilə virtual hədiyyələrin göndərilməsi, əyləncələrin təşkil edilməsi kimi təzahür edir.

İstənilən halda bayram zamanı insanlar biri-birini sevindirməyi bacarmalıdır. Onsuz da dünyada problemlər çoxdur və bütün bu halları yumşaltmaq üçün bayramları qeyd etmək çox vacibdir. Bu cür xüsusi günlərdə insanlar konfliktən uzaq durmalı və sevgilərini dilə gətirməlidirlər, bayramların da əsl məqsədi budur. Çalışaq ki, qiymətli hədiyyəmiz sevgi olsun”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə