QMİ Hacı Şahin Həsənlinin ölümünə münasibət bildirdi

QMİ Hacı Şahin Həsənlinin ölümünə münasibət bildirdi

“Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib. Məlumata görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib”. SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, Hacı Şahinin xüsusi bir xəstəliyi olmayıb: “Gecə saatlarında qəfl ürək tutmasından dünyasını dəyişib”.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə