Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB