“Ağacəkmə aksiyasında əhalinin dəstəyi yüksək səviyyədədir“ - ŞÖBƏ MÜDİRİ DANIŞDI
“Ölkəmizdə ağacəkmə işləri geniş vüsət almaqdadır və bu çox sevindirici haldır. Aksiyaya qoşulanların da sayı günü-gündən artır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologoji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
Onun sözlərinə görə, bu aksiyaya müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar qoşularaq, prosesə öz töhfələrini verirlər: “Eyni zamanda regionlarda da ağacəkmə prosesləri həyata keçirilir və əhalinin dəstəyi də yüksək səviyyədədir. Ulu Öndər hər kəsi təbiəti sevməyə dəvət edir, hər bir insanın ağac əkib, böyütməli olduğunu deyirdi. Biz də əlimizdən gəldiyi qədər hər kəsi bu prosesə cəlb etməyə çalışırıq”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB