Paytaxtın hansı ərazilərində Novruz çadırları qurulub? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Paytaxtın hansı ərazilərində Novruz çadırları qurulub? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Novruz bayramı ilə əlaqədar olaraq metrostansiyaların girişində Novruz çadırları qurulub. Bakı şəhər Ticarət və Xidmət Departamentindən SİA-ya verilən məlumata görə, burada Bakı sakinləri bayram üçün nəzərdə tutulan qida məhsulları və bayram atributlarını bazarlardan daha ucuz qiymətə əldə edə bilərlər. Bayram çadırlarının mart ayının sonuna qədər fəaliyyət göstərəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə