AQUPD Komitəsinə ən çox kimlər müraciət edir? - QURUM RƏSMİSİ AÇIQLADI

AQUPD Komitəsinə ən çox kimlər müraciət edir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Ötən il məişət zorakılığına məruz qalan 20 nəfər kişi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, kişilərə daha çox psixoloji zorakılıq tətbiq olunur və bu səbəbdən də komitəyə üz tuturlar: "Müraciət edən hər bir vətəndaş nəzərə alınaraq onlara köməklik göstərilir".

Teymur Mərdanoğlu sözlərinə belə davam edib: "Qeyd edim ki, 20 müraciət o demək deyil ki, bu kişilərin 20-si də yoldaşı, yaxud hər hansı bir qadın tərəfindən zorakılığa məruz qalır. Onların içində bilavasitə də var. Məsələn, boşandıqdan sonra kişinin uşaqla ünsiyyəti təmin olunmalıdır ki, qadın buna razı olmur. Bu da zorakılığın bir növüdür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə