“Davam” tərəfindən “Xocalıya Ədalət” həftəsi həyata keçirilib

“Davam” tərəfindən “Xocalıya Ədalət” həftəsi həyata keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək məqsədilə fevralın 20-dən 27-dək “Davam” Gənclər Hərəkatı tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi həyata keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Gənclər Hərəkatından bildiriblər ki, həftəyə fevralın 21-də “Xocalı soyqırımı - misli görünməmiş faciə” adlı tədbirlə start verilib.

Həftə ərzində natiqlər Xocalı soyqırımı ilə bağlı fikirlərini gənclərlə bölüşüblər.

Ümumilikdə, həftə ərizndə “Xocalıya Ədalət” həftəsi çərçivəsində 25 mindən çox insana Xocalı soyqırımı ilə bağlı maarifləndirici məlumatlar çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə