Azad edilən ərazilərdə daha 384 hektar sahə minalardan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan SİA-ya verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB