Daşkəsəndə Xocalı soyqırımı anılıb. SİA xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərin məzarları üzərinə tər güllər düzüblər.
Tədbirdə qeyd olunub ki, XX əsrin faciəsi – Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin rəmzinə çevrilib.
Anım tədbirində rayon rəsmiləri şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və veteranlarla görüşüb, həmçinin onların qayğıları ilə maraqlanıb, müraciətləri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB