Horadizdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib - FOTOLAR

Horadizdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib - FOTOLAR

Füzuli rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub. XX əsrin ən ağır müsibətlərindən olan Xocalı qətliamının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, Füzuli Rayon İcra Hakmiyyətinin, YAP Füzuli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərində yerləşən, Xocalı şəhidlərinin əziz xatirələrinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Əvvəlcə bütün şəhidlərimizin, eləcə də günahsız Xocalı qurbanlarının və fevralın 6-da zəlzələ nəticəsində qardaş Türkiyədə həlak olan bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ziyarətçilər abidə önünə tər çiçəklər düzərək, Xocalı şəhidlərinin xatirələrinə dərin ehtiramlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə