Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb. SİA-nın məlumatına görə, jurnalist "Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub.
Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir. Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.
Qeyd edək ki, S. Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB