"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" VİDEOÇARXLARI

"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" VİDEOÇARXLARI

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” mövzusunda videoçarxlar hazırlanıb.

Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Xocalı hadisələrindən dərhal sonra azərbaycanlı rəssam Rafiq Əziz Xocalıdan olan uşaqları emalatxanasına dəvət edib və onlardan bu faciəni necə gördüklərini təsvir etməyi rica edib. Hazırda həmin əl işləri rəssamın Türkiyədəki emalatxanasında saxlanılır.

Dövlət Komitəsi rəssamın razılığı ilə həmin rəsmlərdən videoçarxlarda istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə