Cütlüklər hansı halda terapiyaya getməlidirlər ? - PSİXOLOQ DANIŞDI
“Cütlüklərin problemləri əsasən ailə qurduqdan və ya ailədə uşaq dünyaya gəldikdən sonra yaranır. Yaxşı olar ki, tərəflər ailə qurmadan öncə terapiyaya getsinlər. Bunun səbəbi həm biri-birlərini, həm də özünü tanımaqdır. Eyni zamanda fərdin evliliyə hazır olub-olmamasını anlaması üçün də bu vacib prosedurdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, cütlüklər hər hansı mövzuda ortaq məxrəcə gələ bilmirlərsə, hər kəsin dediyi özünə haqlı görünürsə, bu zaman yaxşı olar ki, peşəkara müraciət etsinlər: “Bu cür hallarda öz tanış və qohumlarınızın söhbətə daxil olmasına imkan yaratmaq da düzgün deyil. Çünki onlar da psixoloji olaraq özlərinə daha yaxın olan tərəfin fikirlərinə üstünlük verəcəklər. Peşəkarlara müraciət etdikdə isə burada duyğular danışmayacaq, daha adekvat fikirlər söylənilir.
Peşəkara müraciət etmək üçün kritik zamanın çatmasını gözləmək lazım deyil. Bəzən xırda-xırda bütün söhbətlər yığılır və bu böyük bir problemə çevrilir. Buna görə də cütlüklər hər hansı bir mövzuda ortaq məxrəcə gələ bilmədikərini gördükdə artıq terapiyaya getmələri məsləhət görülür. Ümumiyyətlə problem olub-olmamasından asılı olmayaraq fərdlərin terapiya keçməsi çox önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB