Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir. SİA xəbər verir ki, yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB