Şuşaya 6-7 santimetr hündürlüyündə qar yağıb

Şuşaya 6-7 santimetr hündürlüyündə qar yağıb

Şuşaya güclü qar yağıb. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 6-7 santimetrə çatıb.

Hazırda da yağan qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür. Havanın temperaturu -5 dərəcədir.

Bütün xəbərlər Facebook səhifəmizdə