Polis metro ətrafındakı insanlar arasında niyə yoxlama keçirib? - QURUM RƏSMİSİ AÇIQLADI

Polis metro ətrafındakı insanlar arasında niyə yoxlama keçirib? - QURUM RƏSMİSİ AÇIQLADI

Bu gün bir sıra metrolarda polislər sərnişinlər arasında yoxlama keçiriblər. Bəs, buna səbəb nə olub? SİA-nın mövzu ilə bağlı sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev cavab verib.

Onun sözlərinə görə, ərazidə koronavirus infeksiyalı şəxsin olması ilə bağlı daxil olmuş məlumat üzrə profilaktik tədbir keçirilib: “Bu bütün metrostansiyaları əhatə etmir. Belə ki, bir neçə dəqiqə ümumi yoxlanış həyata keçirilib. Metrostansiyalara daxil olan şəxslər arasında infeksiya daşıyıcısı olan şəxs saxlanılmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə