Məhkəmə-hüquq sistemində yeni islahatlar...

Məhkəmə-hüquq sistemində yeni islahatlar...

Xalqımız Azərbacan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyini təntənə ilə qeyd etdi. Bu böyük tarixi hadisə ümumxlaq bayramına çevrildi. Hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq sistemində mühüm islahatların həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şrasının sədri, Ӏ dərəcəli Ədliyyə müşaviri Fikrət Məmmədovu da xalqımız Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi, Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində mühüm xidmətləri olan dövlət xadimi kimi tanıyır. Prezident İlham Əliyevin müdrik kadr siyasətinə verilən böyük dəstək onun səmərəli dövlət fəaliyyətində diqqətəlayiq cəhətdir. Söhbət kadrların düzgün yerləşdirilməsindən və rəhbərlik etdiyi nazirliyin yerlərdəki nümayəndələrin əhaliyə göstərdikləri nümunəvi, hüquqi xidmətdən gedir.

Ali Məhkəmənin yaradılmasının 100 illiyi Müstəqil Azərbaycanın qurucusu və memarı “Heydər Əliyev İli”nə təsadüf edir. Bu, hamımızın ürəyindəndir. Axı qarşıda anadan olmasının 100 illik yubiley təntənəsinə hazırlaşdığımız dahi rəhbər öz fəaliyyətində hüquqi dövlət quruculuğuna xüsusi diqqət yetirirdi. Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" - deyərək qanunun aliliyini əsas meyar sayırdı. Elə buna görə də məhkəmə - hüquq sitemində qanunlarımızın aliliyini qorumaq üçün möhkəm təməl yaratdı. Məhz bu təməl üzərində əhalinin vətəndaş hüquqları təmin edilir. Bunun bariz nümunəsini bu gün yerlərdə də aydın görürük.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun yenidən bu məsul vəzifəyə təyinatı hamının ürəyindən xəbər verir. Çünki o, göstərilən etimadı qanunlarımızın aliliyini qorumaqla, onları həyata ədalətlə təbiq etməklə fəaliyyətini müasir dövrün, məhkəmə-hüquq sisteminin tələbləri əsasında qurur. Xatırlayırıq ki, onun ilk təyinatından sonra hazırkı inzibati məhkəmə binasının yerləşdiyi ərazidə aparılan abadlıq işləri buraların görkəmini tamamilə dəyişib. E.Süleymanovun rəhbərlik etdiyi kollektiv Azərbaycan təbiətini bütün varlığı ilə sevən Ulu Öndərin xatirəsinə dərin hörmət və məhəbbətin ifadəsi olaraq qanunlarımızın aliliyini həyata tətbiq etməklə Respublika Ali Məhkəməsinin 100 illiyini mühüm töhfələrlə qarşılayıb. Belə ki, məhkəmə binasının yerləşdiyi ərazidə və digər yerlərdə çoxlu ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki xidmət göstərilib. Eyni zamanda Ədliyyə Nazirliyinin Lənkəranda fəaliyyət göstərən qurumları da aksiyada iştirak etməyə dəvət edilib. Belə xeyirxah tədbirlər vətəndaşlarımız tərəfindən də dərin ehtiramla qarşılanır.

Təbii ki, bu cənab Prezidentin, Ədliyyə Nazirliyinin və Məhkəmə-hüquq Şurasının düzgün, şəffaf kadr seçimndən irəli gəlir. Məhkəmə kollektivinin iş təcrübəsini ədliyyə müəssisələrinə örnək göstərmək, iş təcrübəsini yaymaq yerinə düşərdi.

Məlum olduğu kimi Prezidentimiz İlham Əliyev yerlərdə əhali ilə görüşlərə xüsusi əhəmiyyət verir. Vətəndaşların müraciətləri və şəxsi qəbullarla əlaqədar dövlət başçısının tapşırıq və tövsiyyələri Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazir F.Məmmədovun Cənub bölgəsində vətəndaşların problemləri ilə bağlı keçirdiyi qəbulları sakinlər indi də minnətdarlıqla xatırlayır. Çünki bu görüşlər həmişə işgüzar xarakter daşıyır. Ona müraciət edən vətəndaşların problemlərinin əksəriyyəti yerindəcə öz həllini tapır.

Ədliyyə Nazirliyində qazanılan zəngin təcrübə, Məhkəmə-Hüquq sistemində keçirilən mühüm islahatları, Azərbaycan Prezidentinin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi üçün atdığı mühüm addımlar göstərilən etimada layiqli cavabdır. Təsadüfi deyil ki, Azərbaycanın məhkəmə - hüquq islahatlarına ölkə hüdudlarından kənarda da böyük maraq göstərilir. Aparılan geniş məhkəmə - hüquq islahatları Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verir. Sevindiricidir ki, Azərbaycan dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının həmtəsisçilərindən biridir. Həmçinin Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr tam şəffaflığa xidmət edir. Hər namizəd öz layiqli yerini tutur.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı və Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi. Qazanılan Böyük Zəfər itkisiz də ötüşmədi, qəhrəman övladlarımızın qanı bahasına əldə edildi. Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi və hüquqlarının qorunması Ədliyyə Nazirliyinin fəaliyyət proqramının tərkib hissəsidir. Qazanılan qələbədə Ədliyyə Nazirliyinin də öz payı var. Ədliyyə işçilərinin bir neçəsi şəhidlik zirvəsinə yüksəldi. Döyüşlərdə ağır yaralanan ədliyyə işçiləri də oldu. Qeyd edək ki, Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin oğlu Hüseyn Ağazadə digər oğullarımız kimi cəbhəyə könüllü getdi, bir çox rayonların azad edilməsində rəşadət nümunəsi göstərdi və möhtərəm Prezidentin fərmanı ilə müxtəlif medallarla təltif edildi. Təbii ki, Hüseyn Ağazadənin şərəfli döyüş yolu gənclərimizə parlaq nümunədir...

Bəxtiyar Hüseynov,

Prezident mükafatçısı, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə