Qubada narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Qubada narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 nömrəli tam orta məktəbində narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə polis əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. V.Rüstəmov həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə