Eyni ailədə böyüyən uşaqlar arasında tərbiyə fərqi nədən irəli gəlir? - PSİXOLOQ DANIŞDI
“Dünyaya gələn uşağın cinsiyyətindən asılı olaraq onların ailə daxilində psixologiyaları və inkişaf dinamikası da özünəməxsus olur. İlk övlad və ondan sonrakı övladın psixologiyası valideynlərin ötürdüyü tərbiyə ilə əlaqədardır. Valideyn hansı tərbiyə metodundan istifadə edirsə, uşaq həm pedaqoji, həm də psixoloji baxımdan o aspektdə də böyüyür. Nəzərə alsaq ki, uşaq həm bioloji, həm pisoxoloji, həm də sosial varlıq olduğu üçün bir uşağın böyüməsində və inkişafında genetik faktorlar da rol oynayır”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib. Onun sözlərinə görə, ailədə doğulan ilk uşaqla, ikinci uşağa olan münasibətdə müəyyən dəyişikliklər olur: “Bu uşaqların da inkişafı özünəməxsus şəkildə olur. Eyni zamanda fərd olaraq ikinci uşaq özü də birinci uşaqdan nələrsə öyrənir və ya onda sevmədiyi hərəkətləri təkrarlamır.
Bütün bunları nəzərə alaraq eyni ailədə böyüyən uşaqlar arasında fərqlənən xarakter, tərbiyə və psixoloji faktlara təəccüblənməməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB