"Mən meqapolis həyatını liftə bənzədirəm" -MÜTƏXƏSSİS DANIŞDI

"Mən meqapolis həyatını liftə bənzədirəm" -MÜTƏXƏSSİS DANIŞDI

“Dördüncü sənaye əsrində insanlarda tənbəlləşmə gedir. Çünki “solo food” “fast food”un yerini tutub. “Fast food” tez hazırlanan yeməklər olduğu təqdirdə, “solo food” isə gec və evdə hazırlanan yeməklərdir. Hazırda demək olar ki, bir çoxları evdə yemək bişirmir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, hazırda paytaxta da axın çoxdur və bu təbiidir: “Çünki regionlarda iş yerləri qənaətbəxş deyil. Bakıya axın edənləri heç kəs qınaya bilməz. Çünki onlar yaşadıqları bölgədə pul qazana bilmirlər, buna görə də zəmanə ilə ayaqlaşmağa məcbur qalırlar. Zəmanə isə hazırda məhz meqapolis şəhərlərin çoxalması üzərində qurulub. Bütün dünyada bu siyasət aparılır, hər kəsi bir yerə yığırlar. Bunun nəticəsi isə olduqca ağırdır. Buna görə də düşünürəm ki, tək Azərbaycan olaraq deyil, bütün dünya ölkələri olaraq kəndləri, rayonları qorumalıyıq və insanların ora olan marağını artırmaq vacib şərtdir. Hər şeyə biznes olaraq baxmaq olmaz, sağlamlığımızı da düşünməliyik.

Mən meqapolis həyatını liftə bənzədirəm. Sanki insanlar da liftdə qalıblar. Nə kəndlərdə, nə də rayonlarda normal şərait var. Meqapolis həyatından qurtulmaq üçün ilk olaraq bu problemlər öz həlli yolunu tapmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə