“Su çərşənbəsi qədim zamanlardan bəri Novruz bayramının gəlişini bilidirən gün olaraq qeyd olunardı. Keçmiş dövrdə bu çərşənbənin icra olunma xüsusiyyətlərində fərqliliklər var idi. Bu gün isə bu xüsusiyyətlər bir az dəyişib. Su olan zaman həyat, təbiət oyanır. Bu mənada, insanlar yazın gəlişini bu çərşənbə ilə əlaqələndiriblər. Su çərşənbəsi ilə bağlı keçmiş zamanda bir çox adət-ənənələr mövcud olub. Bu adətlərdən birincisi isə insanların bulaq başına getməsidir”. Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova bildirib. Onun sözlərinə görə, qədimdə su çərşənbəsi zamanı insanlar mütləq axar suya gedər və oradan su götürərdilər: “Həmin evə gətirdikləri suyu evin hər tərəfinə çiləyərdilər, eyni zamanda, körpə uşaqların üzərinə də həmin suyu çiləməklə onların üzərindən bəd-nəzər götürdüklərinə inanardılar.
Su çərşənbəsində çeşmə başından gətirilən sudan xəmir yoğrulardı, bunun mənası isə evin ruzili-bərəkətli olması ilə bağlı idi. Eyni zamanda, həmin su ilə aş dəmlənər, dəmlənmiş aşın suyunu bar verməyən ağacın dibinə tökərdilər ki, ağac bar versin.
Bu çərşənbədə insanlar arasında bir-birlərinin üzərinə su çiləmə adəti də var imiş. Bunu edərək, bir-birlərinin ağırlıqlarını götürdüklərini, üzərlərində olan neqativlikdən azad olduqlarını düşünürdülər.
Su ilə bağlı bir çox adətlər və ayinlər mövcud olub. Hazırda isə demək olar ki, bunların bir çoxu icra olunmur. Lakin yenə də su çərşənbəsi hər kəs üçün Novruz bayramının gəlişini vurğulayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB