“Bu gün 21 fevral Beynəlxalq Ana Dili günüdür. Hər bir millətin var olması və inkişafı üçün ana dilinin qorunub saxlanması çox vacib bir elementdir. Azərbaycan xalqı da minilliklərə dayanan tarixi boyu ana dilini qoruyub saxlamışdır. Rus işğalı, qadağalar da bizim öz dilimizdə danışmağımıza mane ola bilmədi. Azərbaycan xalqının gücü ilə bu dil qorundu. Yetmiş illik sovet rejimində bir çox sovet respublikaları ruslaşdı, rus dili dövlət qurumlarının dilinə çevrildi. Amma ölkəmizdə isə məhz Ulu Öndər Heydər Əliyev sayəsində Azərbaycan sosialist respublikası olmasına baxmayaraq, öz ana dilini qoruya bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, burada Ulu Öndərin azərbaycançılıq ideyası mühüm rol oynayırdı: “Biz bu gün də bu istiqamətdə atılan addımların nə qədər əhəmiyyətli olduğunun şahidi oluruq.
Bu ənənə 1970-ci illərdən bu günə qədər davam etdirilib. Bu ənənəyə sadiq qalaraq Azərbaycanın büllur kimi saf dilinin qorunmasında ziyalılarımız da hər zaman mübarizə aparıblar. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu ideanın davamı olaraq cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasına, inkişaf etdirilməsinə verdiyi töhfələr də hər birimizə məlumdur. Azərbaycan dili əsrlər boyu davam edən təzyiqlərə baxmayaraq, öz saflığını hər zaman qoruyub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB