Qardaş ölkəyə humanitar yardımı...

Qardaş ölkəyə humanitar yardımı...

Rusiya Federasiyasının Əməkdar Kənd Təsərrüfatı işçisi, Kaluqa vilayətinin deputatı Balaxan Səfərov Azərbaycan diasporunun ən fəal üzvlərindən sayılır. Balaxan öz fəaliyyətini təkcə uzaq Kaluqada milli–mənəvi dəyərlərimizi təbliğ etməklə, Azərbaycan həqiqətlərini yaymaqla məhdudlaşdırmır. O bizə babalardan əmanət qalan xeyriyyəçiliyi bu gün vətəndən uzaqda da davam etdirir.

Qardaş Türkiyədə baş verən təbii fəlakət Azərbaycan diasporasının üzvlərini, o cümlədən Balaxan Səfərovu da sarsıtmaya bilməzdi. Kaluqa Regional Azərbyacan Milli-Mədəni Muxtariyyətinin rəhbəri, tanınmış ziyalı Əbülfət Qurbanov Türkiyədə dağıdıcı zəlzələdən rəhbərlik etdiyi diasporanın üzvlərinin də sarsıldığını və qardaş ölkənin kədərini öz kədəri hesab etdiyini dilə gətirib və qardaşlarımıza humanitar yardım göstərməyin vacibliyini qərara alıb. Beləliklə qardaş ölkəyə 2 yük maşınından ibarət ehtiyyac duyulan humanitar yardım göndərilib. Bu da son illərdə Kaluqa vilayətində fəaliyyət göstərən Azərbyacan diasporasının fəallığının göstəricisidir.

Allah Sizi də qorusun!

Bəxtiyar Hüseynov

Bütün xəbərlər Facebook səhifəmizdə