Yasamal rayonunda şəhid Qulamlı Afiqin ailəsi ziyarət olunub

Yasamal rayonunda şəhid Qulamlı Afiqin ailəsi ziyarət olunub

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Qulamlı Afiq Fərhad oğlunun ailəsi ziyarət olunub. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində ölkəmizin igid övladları mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər.

Qeyd olundu ki, Şanlı Qələbəmiz Ulu Öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim uca tutulur, hər zaman ehtiramla anılır.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Qulamlı Afiq Fərhad oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə