20 yanvar 2023-cü il tarixində AFFA-nın, Naftalan Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Naftalan rayonununda keçirilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr
2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisə Naftalan rayonundan seçilmiş deputat Anar Məmmədov və Milli Məclisin deputatı Arzu Nağıyev iştirak ermişdir. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB