Çörəyi əvəz edən möcüzəvi bitki - “Bəşəriyyətin xilaskarı” Kinoa

Çörəyi əvəz edən möcüzəvi bitki - “Bəşəriyyətin xilaskarı” Kinoa

Kinoa (Quinoa) buğda cinsindən olan, lakin çiçək açan və həzmi asan, yüngül, ləzzətli bir taxıl növüdür. 120 növü olmasına baxmayaraq, bilinən üç növü istifadə edilməkdədir. Kinoa bitkisinin üç növü var. Bu onların rənginə uyğun olaraq ayırd edilir. Onun qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var. Kinoa qədim qida məhsullarındandır. O hinduların ən çox istifadə etdikləri qidalar olub. Bu bitkiyə kartof və qarğıdalı qədər ehtiyac duyulur. Bunun səbəbi isə onun faydalı tərkibə malik olmasıdır. Kinoa bitən bölgələrdə digər taxıl məhsullarının qıtlığı yaşandığı zamanlarda çörəyi və qidanı əvəz eləmək məqsədilə istifadə edilib. Kinoa ən çox dağ massivlərində yetişir.

Dünya bazarında kinoanın bir kiloqramı 50 dollara satılır

Kinoa ölkəmizdə daha yeni tanınan bir qida növüdür. Dünyada isə artıq bilinir və hətta 2013-cü il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Kinoa İli” elan edilmişdir. Ölkəmizdə hələ istehsalı yoxdur və idxal edilir, qiymətlər isə olduqca bahadır. Cənubi Amerikanın Qərb Sahilindəki And Dağları bölgəsində yetişir. Peru və Boliviyadan idxal edilən kinoa Avropa və Amerikada bir neçə ildir ki, böyük maraq görür. Dünya bazarında kinoa bitkisinin 1 kiloqramı təxminən 20-50 dollar arasında dəyişir. Bu isə onun növündən, tərkibindəki qidalıq dəyərindən asılıdır. Bu isə bitkiyə olan marağın daha da artmasına səbəb olub. Bir çox xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanda da bu bitkinin becərilməsinə fermerlər tərəfindən zəmin yaranıb. Artıq ölkəmizə kinoa bitkisinin yeni sortlarının toxumları gətirilib.

Ölkəmizdə kinoa bitkisinin elmi əsaslarla öyrənilməsi nə zamandan başlayıb?

Kinoa bitkisinin sortlarının toxumları Azərbaycana Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən gətirilib. Hazırda ölkənin bir neçə bölgəsində test üsulu ilə becərilir. Əkinçilik Elmi Tədqiqat İnstitutunun təcrübə sahələrində Türkiyədən gətirilən kinoa bitkisinin müxtəlif formalarının təcrübə məqsədilə əkini həyata keçirilir.

Kinoa bitkisinin ölkədə əkilməsi əvvəlki illərdə Milli Elmlər Akademiyası tərəfindən də elmi əsaslara uyğun olaraq öyrənilib. Türkiyədən gətirilən toxumun səpini Elmi-Tədqiqat İnstitutu tərəfindən həm Milli Elmlər Akademiyasının təcrübəsindən bəhrələnməklə, həm də elmi əsaslara uyğun olaraq aparılır. Məqsəd bitkinin qidalılıq dəyəri ilə yanaşı, həm də regionlara uyğun xarakterik xüsusiyyətlərini öyrənməkdir. Bitkinin ilk sınaq səpini Beyləqanda yerləşən Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə stansiyasında həyata keçirilib. Səpin işləri regional mərkəzin və Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkilatçılığı ilə elmi əsaslara söykənilərək reallaşdırılıb.

Ümumiyyətlə, bitkinin təkcə Beyləqanda deyil, digər bölgələrdə də əkilməsi planlaşdırılır. AMEA-nın Botanika İnstitutu tərəfindən Kürdəmir rayonu ərazisində bu bitkinin elmi əsaslarla öyrənilməsini bir neçə illərdir ki, aparılır. Lakin bunların təsərrüfatlara inteqrasiya olunması, fermer təsərrüfatlarında əkilib-becərilməsi bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilir.

Naxçıvanda kinoanın nümunələri sınaqdan keçirilir

Naxçıvan MR-nın torpaq iqlim şəraitinə uyğun olan həm qırmızı, həm də ağ kinoyanın nümunələrini də sınaqdan keçirilməsi nəzərdə tutulub. Bunun üçün 1 hektar ərazi hazır vəziyyətə gətirilib. Payız şumu həyata keçirilib, aqrotexniki qaydada əraziyə qulluq göstərilib, gübrələr verilib. Əkinçilik Elmi Tədqiqat İnstitutu tərəfindən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin Toxumçuluq şöbəsinin göndərilib.

Hansı nümunə hansı bölgədə yaxşı özünü göstərəcəksə, həmin rayonda bitkinin gələcəkdə əkilib becərilməsini təşkil etmək, insanların sosial iqtisadi inkişafının yaxşılaşdırılması üçün əkin dövriyyəsinə qatmaq, torpaqlarda növbəli əkin sisteminin əhəmiyyətini öyrənmək və bu istiqamətlərdə hal hazırda tədqiqat işlərimiz gedir. Çünki bu bitki bizə yad olduğu, ölkəmizə yeni gəldiyi üçün bu bitki haqqında tam dəqiq məlumatları verə bilmirik. 2-3 illik tədqiqatlardan sonra bu bitkinin bioloji xüsusiyyətlərini, adaptasiyasını bu istiqamətdə aparılan tədqiqatların nəticəsi sonunda məlum olacaq. Ondan sonra isə daha böyük əkin sahələrinə keçid edərək becərilməyə davam edəcək. Nəticə etibarı ilə ehtimal olunur ki, bu bitki gələcəkdə Azərbaycanın torpaq iqlim şəraitinə uyğun bölgələrində əkilib becəriləcək. Hazırda tədqiqatlar davam etdirilir.

Bundan qida məhsullarında, çörək bişirmədə, salatların hazırlanmasında istifadə etməklə hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutu belə bir tədbirlər həyata keçirilir. Bunların müəyyən faizlərindən müxtəlif bitkilərin qatqısını una qatmaqla çörəyin hazırlanması reseptləri hazırlanır və bunların standartları institut tərəfindən hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutuna təhvil veriləcək. Bir sözlə gələcəkdə kinoya bitkisinin ölkə, eləcə də bölgə üçün insanların sosial inkişafında bir bitki kimi öz yerini tutacaq.

Yasin Əliyev,

Azərbaycan Respublikası, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin Toxumçuluq şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə