Məhərrəmov Turan Tərlan oğlu 27 may 2001- ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olub. O, 2007 ci ildə Zaqatala rayon Qımır kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 9-10 yaşlarından cüdo üzrə idmana başlamışdır. Həmin idman üzrə də medal və diplomlara layiq görülüb. 2018-ci ildə məktəbin 11-ci sinfi başa vurub. 4 iyul 2019- cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Xidmətini Xüsusi Təyinatlı Qüvvələrin 052 hərbi hissəsində davam etdirmişdir. SİA xəbər verir ki, o, 2020 ci il 27 sentyabrda başlanan 44 günlük ikinci Qarabağ döyüşlərində fəal iştirak etmişdir.
O, Füzuli, Qubadlı,Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Həmin döyüşlərdən sonra Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə Vətən müharibəsi iştirakçısı Hərbi xidmətdə fərqlənməyə görə medallarına layiq görülüb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 2021-ci il yanvar ayında hərbi xidmətə dönmüş və yenidən Xüsusi Təyinatlı Qüvvələrin 052 hərbi hissəsində xidmətini MAXE kimi davam etdirmişdir. 2022- ci il sentyabr ayının 13-də erməni təcavüzkarlarının törətdiyi təxribatın qarşısının alınması zamanı Kəlbəcər və Zəngəzur rayonları ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Nişanlı idi, rəsmi nikahı belə olmuşdu.
Baxmayaraq ki toyuna 21 gün qalmışdı o əsgərlərini mühasirədən çıxarmaq üçün özünü önə atıb. Düşmənin açdığı snayper gülləsindən başından yaralanaraq şəhadətə ucalıb. Son anında belə yenə əsgərlərini səsləyib. Şəhadətindən sonra Prezident cənab İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda medalı və Rəşadət ordeninə layiq görülmüşdür.
Turan tərbiyəsi, nizam-intizamı, formasına olan sevgisi və hörmətiylə hamının sevgisini qazanan igid bir qəhrəman olaraq yaddaşlara həkk olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB