Ombudsman USAID-in Azərbaycandakı nümayəndəliyi ilə görüşüb - FOTO

Ombudsman USAID-in Azərbaycandakı nümayəndəliyi ilə görüşüb - FOTO

Ombudsman Səbinə Əliyeva ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Maykl Nehrbassın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Səbinə Əliyeva qonaqlara Ombudsmanın, mandatı və insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri, hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri, nəşr olunan çap vəsaitləri haqqında geniş məlumat verib.

Görüşdə qadınların iqtisadi imkanlarının artırılması, insan alveri və gender əsaslı zorakılıqla mübarizə və digər istiqamətlərdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə