Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər cərimələniblər
Qeyri-qanuni taksi fəaliyyəti və müntəzəm avtobus marşrutları üzrə sərnişin daşımaları hallarının qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında reyd keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qurumun DİN əməkdaşları ilə birgə həyata keçirdiyi reyd respublikanın müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılıb.
Qeyd edək ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla ictimai asayişi kobud şəkildə pozurlar. Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB