Süni zəlzələ mümkündürmü? - QURUM RƏSMİSİ AÇIQLADI

Süni zəlzələ mümkündürmü? - QURUM RƏSMİSİ AÇIQLADI

"Süni zəlzələ anlayışı yoxdur. Çünki zəlzələ ocaqları yerin müxtəlif dərinlik və qatlarında yerləşir. Orada da hansısa zəlzələ yaratmaq üçün süni amillər yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, düzdür belə fikirlər var: "Yəni, alimlər bunu istisna etmirlər ki, hansısa ərazidə partlayışlar filan olduqda zəlzələ ocaqlarına təsir edə bilər. Lakin bu halın süni zəlzələyə qətər gətirib çıxarılacağı qəbul olunmur".

Vüsalə Rafiqqızı sözlərinə belə davam edib: "Normal zəlzələ ilə süni zəlzələ arasında fərq məsələsinə isə onu qeyd edə bilərəm ki, normal zəlzələnin yazıları ilə texnogen partlayışlar var və bu partlayışlar adətən filiz yataqlarında aparılır. Onların qeydiyyatı getdikdə partlayış kimi qeydə alınır. Partlayışla da zəlzələ yazının təbii ki, fərqi var. Lakin süni zəlzələ anlayışı yoxdur. Bu heç bir elmi əsası olmayan bir məsələdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə